"Kəpəz" üçün Gəncədən 3 avtobus ayrılıb

13:44 - 9 Avqust 2015

"Bakcell Arena"da dəstəksiz qalmayacaq
 
İki ildən sonra Premyer Liqaya vəsiqə qazanan "Kəpəz" bu gün mövsümün ilk turunda əzəli rəqibi "Neftçi"nin qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, "Kəpəz" klubunun rəhbərliyi bu matçda azarkeşlərin iştirak etməsi üçün Gəncədən 3 avtobus ayırıb. Belə ki, Gəncədən təxminən 150-yə yaxın azarkeş bu gün "Bakcell Arena"da sevimli komandalarına dəstək olacaq. 

Xəbər xətti