PFL "Kəpəz"in Gəncə stadionunda oynamasına razılıq verdi

18:52 - 13 Avqust 2015

Vəziyyətdən razılıq ediblər

 

“Kəpəz” ev oyununu Gəncədə keçirəcək.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə şəhər stadionunda görülən hazırlıq işləri artıq başa çatıb və komandanın Nizami yurdunda oynamasına razılıq verilib.

 

Belə ki, bu gün Peşəkar Futbol Liqasının rəsmiləri stadionda olub. Adıçəkilən qurumun Texniki-İdman şöbəsinin əməkdaşları arenaya baxış keçirərək təftiş aparıblar və vəziyyətdən razılıq ediblər.

 

Qeyd edək ki, “Kəpəz” çempionatın ikinci turu çərçivəsində avqustun 16-da saat 18:30-da doğma divarlar arasında “Zirə”ni qəbul edəcək.

Xəbər xətti