"Rəvan"da yeni baş məşqçi

11:43 - 18 Avqust 2015

Zamin Əsədullayevə həvalə olunub

 

"Rəvan"ın U-19 komandasında baş məşqçi dəyişikliyi reallaşıb. 

 

Sportal.az xəbər verir ki, ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək kollektiv Zamin Əsədullayevə həvalə olunub.

 

U-19-un əvvəlki çalışdırıcısı Anar Vəliyev isə “Rəvan” PFK-nın əvəzedicilərdən ibarət komandasına rəhbərlik edəcək.

 

UEFA-nın “A” kateqoriyalı lisenziyasına malik Z.Əsədullayevin sonuncu iş yeri AZAL-ın U-19 komandası olub. 36 yaxşı mütəxəssis daha öncə Azərbaycanın qızlardan ibarət U-17 və U-19 milli komandalarında baş məşqçi vəzifəsində çalışıb.

Xəbər xətti