"Rəvan" "Xəzər Lənkəran" üçün hazırlaşır

18:22 - 20 Avqust 2015

Məşqdə 23 futbolçu iştirak edib
 
Azərbaycan Premyer Liqasının 3-cü turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Rəvan" hazırlığını davam etdirir. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xəbər verir ki, dünən "Bayıl Arena"da baş tutan məşq prosesində 23 futbolçu iştirak edib.
 
Hazırki durumu məşqçilər korpusunu qane etməyən Mindauqas Kalonasın "Rəvan"dan göndərildiyini xəbər vermişdik. Əvəzində ukraynalı müdafiəçi Artyom Butenin baş məşqçi Emin Quliyevin etimadını qazanmağa çalışır. 26 yaşlı futbolçu barədə yaxın günlərdə yekun qərar veriləcək.
 
"Xəzər Lənkəran" - "Rəvan" matçı avqustun 22-də keçiriləcək. Oyun saat 21:00-a təyin edilib.

Xəbər xətti