Seçim prosesinin növbəti mərhələsi başa çatdı

00:11 - 25 Avqust 2015

54 nəfər iştirak edib

 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası  və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Mançester Yunayted” Futbol Məktəbinə uşaq seçimi prosesinin  növbəti  mərhələsini başa çatdırıb.

 

Sportal.az xəbər verir ki, Bayıl stadionunda təşkil olunmuş seçim prosesində avqustun 22-də 2007-2008-ci il təvəllüdlü 32 nəfər, avqustun 23-də isə 2004, 2005, 2006-cı il təvəllüdlü uşaqların  seçimində 54 nəfər iştirak edib.

 

Qeyd edək ki, seçimlər “Mançester Yunayted” Futbol Məktəbindən ezam olunan məşqçi Mick Benett, Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən aparılıb.

Xəbər xətti