"Zirə" ilə matç öncəsi "Rəvan"da ciddi itki

18:50 - 18 Sentyabr 2015

Yarımmüdafiəçi cəzalı duruma düşüb
 
Premyer Liqanın 5-ci turunda sabah "Zirə" ilə qarşılaşacaq "Rəvan" bu matça ciddi itki ilə çıxacaq.
 
Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Yamin Ağakərimzadə cəzalı duruma düşdüyü üçün bu matçda forma geyinməyəcək. Belə ki, o, bundan əvvəlki 4 matçda ("Sumqayıt", "Qarabağ", "Xəzər Lənkəran" və "Neftçi") sarı vərəqə ilə cəzalanaaraq vərəqə limitini tamamlayıb.
 
Qeyd edək ki, "Zirə" - "Rəvan" matçı sabah saat 21:00-da start götürəcək.

Xəbər xətti