AZAL-ın 100-cü məğlubiyyəti

14:49 - 21 Sentyabr 2015

303-cü qarşılaşmda...

 

Azərbaycan Premyer Liqasının V turunun “İnter”lə ev oyununda 0:1 hesabı ilə uduzan AZAL ölkə çempionatlarına 100-cü dəfə məğlub olub. Yüksək liqada 2005-ci ildə debüt edən paytaxt təmsilçisi keçirdiyi 303-cü qarşılaşmada bu uğursuzluğa üzülüb.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, hesabında 113 qələbə və 90 heç-heçə edə olan bakılılar həm də antirekorda imza atıb. Belə ki, AZAL əvvəlki 4 turda olduğu kimi yenə də quru hesabla uduzub. İlk 5 qarşılaşmada qol vurmayan və xal qazanmayan paytaxt təmsilçisi Azərbaycan çempionatlarının ilk belə uğursuzu olub. 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 1-ci dəfədir bir komanda mövsümün ilk 5 oyununda nə qol vurur, nə xal qazanır.

 

AZAL-a qədər 2 klub ilk 5 oyunda qol vurmayıb. Lakin həmin komandalar xal qazanmağa nail olub. Startda hansısa komandanın qol vurmaması sonuncu dəfə 11 il əvvəl qeydə alınmışdı.

 

1992. “Xəzər” (Lənkəran) – 2 xal, 0-8

2004/05. “Göyəzən” (Qazax) – 1 xal, 0-4

2015/16. AZAL (Bakı) – 0 xal, 0-7

 

AZAL mövsümün ilk 5 oyununda uduzan 9-cu komanda olub. Lakin əvvəlki klubların hamısı startda ən azı 1 qol vurub. Sonuncu belə hadisə 11 il əvvəl yaşanıb.

1992. “Şirvan” (Kürdəmir) – 0 xal, 1-18

1994/95. “Xəzər” (Sumqayıt) – 0 xal, 1-24

1995/96. MOİK (Bakı) – 0 xal, 4-19

1995/96. “Pambıqçı” (Neftçala) – 0 xal, 2-15

1996/97. “Şəmkir” – 0 xal, 1-25

1998/99. “Şahdağ” (Qusar) – 0 xal, 5-28

2003/04. “Lokomotiv” (İmişli) – 0 xal, 4-20

2004/05. “Şəfa” (Bakı) – 0 xal, 3-17

2015/16. AZAL (Bakı) – 0 xal, 0-7

Qeyd edək ki, AZAL-ın son xalı və qolu ötən mövsümün 36-cı turuna təsadüf edib. Bakılılar matın 28-də “Neftçi”ilə qarşılaşmada (1:1)bunu bacarıb. Həmin vaxtdan 5 oyundure məğlub olan AZAL-ın tarixində ən uzun yenilgi seriyası isə 2006-cı ildə qeydə alınıb – ardıcıl 7 məğlubiyyət.

Xəbər xətti