Millimizin üzvü 90 dəqiqə oynadı, komandası qalib gəldi

01:23 - 27 Oktyabr 2015

"Kalmar"dan növbəti qələbə
 
İsveç çempionatında 29-cu turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Gefle" ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Emin bu dəfə də start heyətdə yer alıb və sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, "Kalmar" hazırda 30 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti