Şahin Diniyev: "Biz öz vaxtımızı gözlədik və qələbə qazandıq"

22:07 - 1 Noyabr 2015

"Mənim ciddi dəyişikliklər etmək imkanım yoxdu"
 
Premyer Liqanın 11-ci turunda "Kəpəz" səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev qələbəyə belə şərh verib:
 
"Oyun maraqlı keçdi. Qələbə qazanmasaydıq belə, mən bu sözləri deyəcəkdim. Oyundan öncə bildirmişdim ki, qarşılıqlı hücumlar baş tutacaq. Oyuna görə komandamla fəxr edirəm. Mənim ciddi dəyişikliklər etmək imkanım yoxdu. Sıx qrafikdə  komandam qəhrəmancasına mübarizə apardı. Biz öz vaxtımızı gözlədik və qələbə qazandıq".

Xəbər xətti