"Özümü milli komandada oynamağa hazır hiss edirəm"

14:35 - 12 Noyabr 2015

"Qələbəyə layiq idik"

 

"İlk hissədə küləyə qarşı oynadıq. Rəqib də bizdən üstün oyun sərgilədi. İkinci hissədə öz oyunumuzu tapdıq və qalib gəldik. Qələbəyə layiq idik".

 

Bu sözləri "Turan Tovuz"la matçdan (2 - 1) sonra "Bakı"nın hücumçusu Raul Yaqubzadə Sportal.az-a açıqlamasında deyib.

 

Gənc futbolçu artıq formada olduğunu bildirib: "Zədədən yeni qayıtmışam. Əvvəlki formamı bərpa etməyə çalışıram. Özümü əsas heyətdə oynamağa layiq bilirəm. Ötən il 21 yaşlılardan ibarət milli komandaya dəvət olunmalı idim. Zədəli olmağım buna imkan vermədi. Hazırda isə formadayam və özümü millidə oynamağa hazır hiss edirəm. Dəvət edib-etməmək məşqçilərin fikridi. Onların fikrinə hörmətlə yanaşıram".

Xəbər xətti