Eddi İsrafilov oynadı, komandası qalib gəldi

18:30 - 13 Noyabr 2015

Hazırlıq oyunu

 

Milli komandaların oyunları ilə əlaqədər yaranmış fasilədən istifadə edən İspaniyanın "Eybar" klubu yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Eddi İsrafilovun komandası Fransanın "Tuluza" klubu ilə qarşılaşıb. Matç İspaniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Eddi start heyətində çıxıb və 56-cı dəqiqədə əvəzlənib. Həmyerlimiz qarşılaşmanın 41-ci dəqiqəsində sarı vərəqə almaqla yadda qalıb.

Xəbər xətti