Millimizin sabiq üzvü 90 dəqiqə oynadı

15:28 - 22 Noyabr 2015

Komandası məğlub oldu
 
Türkiyə PTT 1-ci liqasında 12-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Karabükspor"la qarşılaşıb. Matç qazianteplilərin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, "Qaziantep BB" hazırda 18 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti