Olimpiya çempionundan "Kəpəz"ə dəstək FOTO

17:00 - 22 Noyabr 2015

Toğrul Əsgərov qarşılaşmanı stadiondan izləyib
 
“Kəpəz”in Azərbaycan Premyer Liqasının XIII turunda “Qarabağ”a qarşı keçirdiyi səfər oyununda komandaya Gəncədən gələn, eləcə də Bakıda yaşayan azarkeşlərimiz stadiondan dəstək verib.

Sportal.az xəbər verir ki, fanatlar arasında idman və şou-biznes ailəminin tanınmış simaları da olub. Onlardan Olimpiya çempionu Toğrul Əsgərovun da adını çəkmək olar.
 
Gəncə güləş məktəbinin yetirməsi olan pəhləvan “Kəpəz”in sadiq azarkeşlərindəndir. Oyunu boyu “sarı-göylər”ə tribunadan dəstək verən Toğrul Əsgərov klub rəhbərliyi ilə də görüşərək, doğma komandasına qarşıdakı oyunlarda uğurlar arzulayıb.
 

Xəbər xətti