"Liverpul" bu xəbərə üzüldü

21:19 - 24 Noyabr 2015

Koutinyo sıradan çıxdı
 
"Liverpul" braziliyalı futbolçusu Filippe Koutinyodan bəd xəbər alıb.
 
Sportal.az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, "Liverpul"un  yarımmüdafiəçisi Filippe Koutinyo "Mançester Siti" ilə matçda əzələsini dartıb. Koutinyonun tibbi müayinədən keçdikdən sonra onun Avroliqanın qrup mərhələsinin 5-ci turunda "Bordo" ilə matçda iştirak etməyəcəyi dəqiqləşib. Lakin braziliyalı gənc futbolçunun həftəsonu "Suonsi Siti" ilə keçiriləcək matçda iştirak edəcəyi gözlənilir.
 
Qeyd edək ki, Filippe Koutinyo bu mövsüm Premyer Liqada 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti