Millimizin sabiq üzvü oynadı, komadası 3 xala sevindi

00:13 - 28 Noyabr 2015

"Qaziantep BB"dən növbəti qələbə
 
Türkiyə PTT 1-ci liqasında 13-cü turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Elazığspor"la qarşılaşıb. Matç qazianteplilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.
 
Qeyd edək ki, "Qaziantep BB" hazırda 21 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti