Mourinyo: "Buna görə də komandanı tərk edib gedə bilmərəm"

18:00 - 15 Dekabr 2015

"Bu çətin vəziyyətdən çıxmalıyıq"
 
"Çox aşağı səviyyədə çıxış edirik. Özümü aldadılmış kimi hiss edirəm. Çox təəssüflənirəm. Çünki bu komanda ötən mövsüm çempion olub. Futbolçularım məşqdə çox can yandırsalar da, oyunda bunu bacarmadıqlarını görürəm"
 
Sportal.az xəbər verir ki, bu sözləri İngiltərə Premyer Liqasının 16-cı turunda "Lester Siti"yə 2 - 1 hesabı ilə məğlub olan "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo söyləyib.
 
Təcrübəli mütəxəssis komandadan getməyəcəyini bildirib:
 
"İlk dördlüyə düşmək istəyirdik. Ancaq bu məğlubiyyətlə bu hədəfimiz uçub getdi. Bu çətin vəziyyətdən çıxmalıyıq. Buna görə də komandanı tərk edib gedə bilmərəm".

Xəbər xətti