"Neftçi"ni cəzalandıran futbolçu: "Rəqib futbolçular ayağımıza vururdular"

19:42 - 17 Dekabr 2015

"Penalti yox idi"

 

"Çox ağır oyun keçdi. Komanda yoldaşlarıma təşəkkür edirəm, hamı vuruşdu. Bu matçı unutmalıyıq. Ayın 20-si "Zirə" ilə çətin oyunumuz olacaq".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Neftçi" ilə matçdan (1 - 0) sonra AZAL-ın futbolçusu Ruslan Nəsirli səsləndirib.

 

Qarşılaşmada vurulan yeganə qolun müəllifi daha sonra belə davam edib: "Onların da, bizim də qol vəziyyətlərimiz oldu. Bir qol oyunun taleyini həll etdi. Rəqib futbolçular ayağımıza vururdular, biz də oyunun tempini salmaq üçün yerdə qalırdıq. Hər oyuna 3 xal üçün çıxırıq. Bu gün də bəxtimiz gətirdi qol vurduq və qələbə qazandıq. Qələbə qazanmağımızın səbəbi istəkli olmağımızdı. "Neftçi" futbolçularının etiraz etdiyi epizodda penalti yox idi".

Xəbər xətti