"Zirə" Rumıniya klubu ilə qarşılaşacaq

17:06 - 30 Dekabr 2015

Hazırlıq matçı

 

Qış fasiləsində təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək “Zirə”nin yoxlama oyunlarında qarşılaşacağı rəqiblərdən birinin adı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Antalyanın Side bölgəsində yerləşən “The Sense Deluxe” otelində məskunlaşacaq “qartallar” yanvarın 22-də baş tutacaq qarşılaşmada Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək. Oyun saat 15-00-da başlayacaq.

 

Qeyd edək ki, Rumıniya çempionatının güclülər dəstəsində çıxış edən “Tırqu-Mureş” hazırda turnir cədvəlində 5-ci sırada qərarlaşıb və liderdən 11 xal geri qalır. Ötən mövsüm isə bu komanda çempionatın gümüş medalını qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edib. Avroliqanın 3-cü mərhələsində Fransanın “Sent-Etyen” klubuna məğlub olan “Tırqu-Mureş” mübarizəni dayandırıb. 

Xəbər xətti