Bakıda daha bir stadion yenilənir FOTO

14:11 - 6 Yanvar 2016

Ot örtüyü...

 

Dövrələrarası fasilədən istifadə edən AZAL-ın rəhbərliyi stadionun ot örtüyünün yenilənməsi üçün işlərə start verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ötən ilin dekabrın 25-də işlərə başlayan türkiyəli mütəxəssislər tərtib olunan iş qrafikinə uygun olaraq bayram günlərində də çalışmalarını davam etdiriblər. Artıq “AZAL Arena”nın süni ötrüklü meydançasında işlərin birinci mərhələsinə yekun vurulub. Bu müddət ərzində meydançadan keyfiyyətdən düşmüş 25 tona yaxın rezin dənəciklər çıxarılıb. Türkiyənin “Nurteks” şirkətinin əməkdaşı Hasan Saylının rəhbərlik etdiyi işçi qrupu sabahdan etibarən yeni rezin dənəciklərin səpilməsi ilə məşgul olacaq. 

 

Yanvarın 8-də isə AZAL-ən əsas heyəti yeni meydançada ilk məşqini keçirə biləcək.

 

Xəbər xətti