"İnter"lə oyundan 3 xalla ayrılmağa çalışacağıq"

00:47 - 28 Yanvar 2016

Bonilla: "Hər iki komanda medallara iddialıdır"
 
"Zirə"nin hücumçusu Nelson Bonilla Premyer Liqamızın 19-cu turunda qarşılaşacaqları "İnter"lə oyun haqda danışıb.
 
Sportal.az xəbər verir ki, salvadorlu futbolçu ölkəsinin mətbuatına açıqlamasında "İnter"lə görüşün maraqlı keçəcəyini bildirib:
 
"İnter" turnir cədvəlinin ikinci, biz isə üçüncü pilləsində qərarlaşmışıq. Bu mənada düşünürəm ki, maraqlı oyun olacaq. Hər iki komanda medallara iddialıdır. Bu səbəbdən "İnter"lə oyunda meydandan üç xalla ayrılmağa çalışacaq".
 
Qeyd edək ki, yanvarın 31-də keçiriləcək "Zirə" - "İnter" oyunu saat 17:30-da başlayacaq

Xəbər xətti