AZAL "Kəpəz"lə matça ciddi itki ilə çıxacaq

00:34 - 5 Fevral 2016

Koronado bu matçı buraxmalı olacaq
 
Premyer Liqanın XX turunda səfərdə "Kəpəz”in qonağı olacaq AZAL oyun üçün hazırlıqlarını davam etdirir.  
 
Sportal.az xəbər verir ki, "təyyarəçilər”  gündə bir dəfə olmaqla "AZAL Arena”da hazırlıq keçir.  Paytaxt klubu "Kəpəz”lə oyuna ciddi itki ilə çıxacaq.  Belə ki, klomandanın yeni transferi Adan Koronado zədə səbəbindən qarşılaşmanı buraxmalı olacaq.  
 
Qeyd edək ki, "Kəpəz” – AZAL qarşılaşması fevralın 7-də baş tutacaq. 
  

Xəbər xətti