Hakimə hədə-qorxu gələn "Sumqayıt"ın futbolçusuna sərt cəza

13:56 - 16 Fevral 2016

U-16 liqasında...

 

U-16 Liqasında yaşanan xoşagəlməz hadisə ilə bağlı qərar verilib.

 

Sportal.az xəbər verir ki,  İntizam Komitəsi “Sumqayıt” – “Zirə” matçı başa çatdıqdan sonra yaşananları müzakirə edərək müvafiq qərar çıxarıb.

 

“Sumqayıt”ın üzvü Vaqif Həsənovun 16 yaşadək futbolçulardan ibarət komandada oynamasına baxmayaraq, hakimlər briqadasına hədə-qorxu gəlməsi cəzasız qalmayıb. Ədalət təmsilçilərinə qarşı etdiyi hərəkətlər onun 5 oyunluq cəzalanması ilə nəticələnib.

Xəbər xətti