"Rəvan" paytaxt derbisinə ciddi itkilərlə çıxacaq

00:02 - 27 Fevral 2016

3 futbolçu AZAL-a qarşı oynamayacaq
 
Premyer lİqanın 23-cü turunda "Rəvan" səfərdə AZAL-ın qonağı olacaq.

Klubdan Sportal.az-a verilən məlumata görə, "sarı-qırmızılılar" bu matça ciddi itkilərlə çıxacaq. Belə ki, komandanın 3 futbolçusu Cəmşid Məhərrəmov, Elvin Həsənəliyev və Məmməd Quliyev bu matçda komandasına kömək edə bilməyəcək. 
 
Qeyd edək ki, qarşılaşma bu gün saat 15:00-da start götürəcək.

Xəbər xətti