"İnter"dən ayrılan futbolçu Rusiya klubunda

00:19 - 27 Fevral 2016

Abdulla Abatsiyev "Torpedo"da
 
“İnter"dən ayrılan Abdulla Abatsiyevin yeni komandası bəlli olub.
 
Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Rusiyanın Armavir şəhərinin "Torpedo" komandasi ilə anlaşıb.
 
Qeyd edək ki, Rusiya çempionatının ikinci divizionunda yarışan Armavir “Torpedo”suna Valeri Karpin baş məşqçilik edir. Kollektiv 24 turdan sonra 16 xal toplayaraq, turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.

Xəbər xətti