AFFA 3 kluba texniki məğlubiyyət verdi

14:56 - 1 Mart 2016

Komitənin qərarları

 

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağı yaş qrupları üzrə mübarizə aparan komandalar da cəzalanıb:

 

22 fevral 2016-cı il Bakcell U-17 Liqasının “Neftçi” İK İB – “Vətən” matçının 17-ci dəqiqəsində “Neftçi” İK İB klubunun 8 №-li futbolçusu Azər Əlizadə və “Vətən” klubunun 77 №-li futbolçusu Marat Əzizov bir-birilərini vurduğlarına görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır.

Oyunun 71-ci dəqiqəsində “Neftçi” İK İB klubunun 14 №-li futbolçusu Raciv Kərimlinin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

 

22 fevral 2016-cı il Bakcell U-17 Liqasının “Zirə” – “Bakı” matçının 79-cu dəqiqəsində “Zirə” klubunun 14 №-li futbolçusu Sadiq Nağıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

 

25 fevral 2016-cı il U-16 Liqasının “Qəbələ” – “Zirə” matçının 45-ci dəqiqəsində “Zirə” klubunun 2 №-li futbolçusu Elşən Veysov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

Oyunun 66-cı dəqiqəsində “Zirə” klubunun 8 №-li futbolçusu Əbdül Ağaməmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.

 

27 fevral 2016-ci il U-14 Liqasının “Xəzər Lənkəran” (Lənkəran) – “Dalğa”(Lənkəran) matçında “Dalğa” komandasanın heyətində yetər sayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

28 fevral 2016-cı il U-14 Liqasının UGİM Qala (Şəmkir) – “Turan” İB (Tovuz) matçının 59-cu dəqiqəsində UGİM Qala klubunun 1 №-li futbolçusu Qurban Məhərrəmov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.

 

27 fevral 2016-cı il Coca-Cola U-13 Liqasının  “Rəvan” (Bakı) – “Neftçi” İK İB (Bakı) matçının 23-cü dəqiqəsində “Neftçi” İK İB klubunun məşqçisi Azər Cabbarov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır.

 

20 fevral 2016-cı il U-11 Liqasının “Sumqayıt” (Sumqayıt) – “Həkəri” (Qubadlı) matçında “Həkəri” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

20 fevral 2016-cı il U-11 Liqasının “Zirvə” (Xırdalan) – “Gənclik-95” (Sumqayıt) matçında “Zirvə” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

 

Xəbər xətti