"Xəzər Lənkəran" 3 aylıq həsrətə son qoydu

01:00 - 3 Mart 2016

"Kəpəz"lə matçdan sonra ...
 
 "Xəzər Lənkəran” qol həsrətinə son qoyub.
 
Sportal.az xəbər verir ki, "ağ yaşıllar” Azərbaycan kubokunun ¼ final mərhələsində rəqib qapısına yol tapmağı bacarıb.  Cənub təmsilçisi yeni transferi Vaquf Güləliyevin17-ci dəqiqədə vurduğu qolla 91 günlük həsrətə son qoyub.  Elbrus Məmmədovun komandası sonuncu qolunu 2 dekabr 2015-ci ildə vurmuşdu.
 
Maraqlı məqam burasındadır ki, "Xəzər Lənkəran” son qolunu məhz Azərbaycan kuboku çərçivəsində vurmuşdu.  O, zaman Kamran Abdullazadə 1/8 final mərhələsində "Kəpəz”in qapısına yol tapmışdı. 
 
Həmin matçdan sonra 9 rəsmi oyunda forma geyinən "Xəzər Lənkəran” heç bir oyunda fərqlənməyərək 993-dəqiqəlikquru seriyaya sahib idi. 

Xəbər xətti