Elbrus Məmmədov: "Hakimə yaxınlaşaraq gözlərinə baxa-baxa təşəkkür etdim"

19:50 - 9 Mart 2016

"Paltardəyişmə otağında bir çox futbolçumuz ağlayır"
 
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında "Neftçi" "Bakcell Arena"da "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
 
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov jurnalistlərin suallarını cavablandırıb:
 
"Komandamdan razı qaldım. Əllərindən gələn əzmkarlığı göstərdilər. Penalti epizodundan öncə bizim futbolçuya qarşı qayda pozuntusu var idi. Buna AFFA baxsın və qərar versin. Səhvlərimiz var və bunların üzərində işləməliyik. Paltardəyişmə otağında bir çox futbolçumuz ağlayır. Növbəti oyunlarda azarkeşləri sevindirməyə söz verirəm. Oyundan sonra hakimə yaxınlaşaraq gözlərinə baxa-baxa təşəkkür etdim.
 
- "Xəzər Lənkəran" "Neftçi"yə fərdi ustalıqda uduzdu?
- Bəli, razıyam. "Neftçi"nin hücum xətti Azərbaycanda ən sürətli hücum xəttidir. 

Xəbər xətti