"Xəzər Lənkəran"ın futbolçusu "İnter"lə matçda niyə oynamayacaq?

14:18 - 14 Mart 2016

"Bankirlər"ə qarşı oynaya bilməz

 

Azərbaycan Premyer Liqasının XXVI turunda "İnter"lə qarşılaşacaq "Xəzər Lənkəran" bu matça daha bir itki ilə çıxacaq.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, müqavilə ilə "İnter"ə məxsus olan, icarə əsasında isə "Xəzər Lənkəran"da forma geyinən Tural Qürbətov bu matçda iştirak edə bilməyəcək. Buna səbəb isə, müqavilədə məxsus olduğu komandaya qarşı oynaya bilməz maddəsidir.

 

Qeyd edək ki, "Xəzər Lənkəran" - "İnter" matçı martın 20-i saat 13:30-da start götürəcək.

Xəbər xətti