"Xəzər Lənkəran"ın zədəlisinin son durumu

00:13 - 29 Mart 2016

Futbolçu bu gün komandaya qoşulacaq
 
"Xəzər Lənkəran"ın aparıcı futbolçularından sayılan Vüqar Bəybalayev dizindən zədə alıb və bir neçə gündür məşqlərdə iştirak etmir.
 
Sportal.az xəbər verir ki, yarımmüdafiəçinin zədəsi nisbətən sağalıb. O, bu gün komanda ilə məşqə çıxacaq. Məhz bu məşqdən sonra futbolçunun Premyer Liqanın 27-ci turunda qarşılaşacaqları "Sumqayıt"la matçda oynayıb-oynamayacağına aydınlıq gələcək.
 
Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran" matçı martın 30-u saat 17:30-da start götürəcək.

Xəbər xətti