Elbrus Məmmədov: "Qol epizodu zamanı oyundankənar vəziyyət var idi"

18:48 - 10 Aprel 2016

"Müdafiədəki səhlənkarlıq məğlubiyyətimizə səbəb oldu"
 
Azərbaycan Premyer Liqasının XXIX turunda doğma meydanında əzəli rəqibi "Neftçi”ni qəbul edən "Xəzər Lənkəran” 1-0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "CBC Sport”a açıqlama verən cənub klubunun baş məşqçisi Elbrus Məmmədov qarşılaşma haqqında fikirlərini bildirib:
 
"Müdafiədəki səhlənkarlıq məğlubiyyətimizə səbəb oldu.  Bir səhv sayəsində qapımızda qol gördük. İlk hissədə qol vəziyyətlərimiz oldu, çalışdıq ki, ikinci hissəni də hücumda keçirək. Qol vəziyyətlərimizdən yararlana bilmədik. "Neftçi”nin vurduğu qolla bağlı şübhələrim var. Düşünürəm ki, qol epizodu zamanı oyundankənar vəziyyət var idi. Videoyazıya baxandan sonra dəqiq fikir bildirmək olar. İkini hissənin axırlarında yorğunluq var idi. Öz üzərimizdə işləməliyik". 

Xəbər xətti