Paytaxt klubunun aparıcı futbolçusu əməliyyat olunacaq

14:21 - 11 Aprel 2016

Kiyevə yollanır

 

Azərbaycan Premyer Liqanın 25-ci turunda "Neftçi" ilə oyunda agır zədə alan AZAL-ın futbolçusu Taqim Novruzov əməlliyat olunacaq. 


Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, həkimlərin sağ diz oynağının ön çarpaz bağlarının tam qopması diaqnozu qoydugu futbolçu iki gün sonra Kiyevə yollanacaq. 


Klub rəhbərliyi əməliyyat üçün bütün təşkilati işləri artıq başa çatdırıb. Kiyevin “Doktor Linko” klinikası ilə müqavilə bağlanılıb və aprelin 14-də Taqim əməliyyat masasına uzanacaq. 


Qeyd edək ki, Novruzovun aprelin 19-da Bakıya qayıdacağı gözlənilir.

Xəbər xətti