"Xəzər Lənkəran" "Zirə" ilə matçın hazırlıqlarını davam etdirir

13:04 - 15 Aprel 2016

1 itki ilə...

 

Azərbaycan Premyer Liqasının XXX turunda "Zirə" ilə qarşılaşacaq "Xəzər Lənkəran" hazırlıqlarını davam etdirir.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, cənub təmsilçisində yeganə itki "Neftçi" ilə matçda qaşı partlayan Elfad Baləhmədovdur. Gənc futbolçu hələ də məşqlərə başlamadığından növbəti matçı buraxacağı gözlənilir.

 

Qeyd edək ki, "Zirə" - "Xəzər Lənkəran" matçı aprelin 17-si saat 16:30-da start götürəcək.

Xəbər xətti