"Xəzər Lənkəran"da ciddi itki

17:45 - 17 Aprel 2016

Məmmədov qarşılaşmanı yarımçıq tərk etdi
 
Premyer Liqanın XXX turunda hazırda "Xəzər Lənkəran" səfərdə "Zirə"nin qonağıdır. 

Sportal.az xəbər verir ki, cənub klubu bu matçda ciddi itki ilə üzləşib. Belə ki, mərkəz müdafiəçisi Nodar Məmmədov matçın 52-ci dəqiqəsində zədələnərək qarşılaşmanı vaxtından əvvəl tərk edib. Məmmədovun son durumuna tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.

Xəbər xətti