"Rəvan" 30-a çatdı

13:13 - 25 Aprel 2016

18-ci ev qələbəsi
 
Azərbaycan Premyer Liqasının XXXI turunun AZAL-la ev oyunu “Rəvan” üçün tarixi qələbəylə əlamətdar olub.
 
Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, paytaxt klubu ölkə çempionatlarının yüksək dəstəsində 30-cu qələbəsini əldə edib. 1:0 hesabı ilə qalib gələn Bəhmən Həsənovun yetirmələri Premyer Liqadakı 131-ci oyunda 30-cu dəfə 3 xal əldə edib. Komandanın hesabında 33 heç-heçə və 68 məğlubiyyət də var. “Rəvan” 4 mövsüm ərzində 127 qol vurub, 206-nı buraxıb. Bakılılar 30 qələbədən 18-ni evdə, 12-ni səfərdə əldə edib.
 
“Sarı-qırmızılar” qələbə sayında Azərbaycan çempionatları tarixinin 28-ci komandasıdır.

Xəbər xətti