"Zirə" "Qarabağ"la matçöncəsi kapitanından şad xəbər aldı

10:48 - 27 Aprel 2016

Abdullayev meydanda ola bilər
 
Premyer Liqanın XXXII turunda "Qarabağ"ı qəbul edəcək "Zirə" kapitanı Rəşad Abdullayevdən şad xəbər alıb.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, ötən tur əzələsində yaranan problemlərə görə "Neftçi" ilə oyunu buraxan Abdullayev dünən komanda ilə məşqlərə başlayıb. Məşqçilər heyətinin şans verəcəyi təqdirdə, futbolçu "Qarabağ"la matçda meydanda olacaq. Komandanın heyətində başqa zədəli və ya cəzalı futbolçu yoxdur.
 
Qeyd edək ki, "Zirə" - "Qarabağ" qarşılaşması bazar günü saat 19:00-da start götürəcək.

Xəbər xətti