"Zirə"nin ilk ev məğlubiyyəti

12:34 - 2 May 2016

"Qarabağ"la matçda
 
"Zirə” tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının ev oyununda məğlub olub.
 
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 32-ci turunun "Qarabağ”la qarşılaşmasında 0:2 hesabı ilə uduzub. Bunadək öz meydanında keçirdiyi 15 matçda 13 qələbə qazanıb, 3 heç-heçə edən debütantın məğlubiyyətsiz seriyası 16-cı oyunda qırılıb.

Xatırladaq ki, Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsiz ev oyunları seriyası "Neftçi”yə məxsusdur. Bakılılar 1992-96-cı illərdə 57 ev oyununda uduzmayıb.

Xəbər xətti