Baş məşqçi imza mərasiminə gəlmədi, maskasını geyindirib müqavilə imzaladılar FOTO

14:42 - 15 İyun 2016

Təqdimetmə mərasiminə gəlmədi
 
Almaniya II Bundesliqasında mübarizə aparan "St. Pauli" heyətini Dortmund "Borussiya"ının hücumçusu Marvin Dukşu transfer edib.
 
Sportal.az xəbər verir ki, futbolçunun təqdimat mərasimində maraqlı hadisə baş verib. Belə ki, əvvəlcədən transferi ictimaiyyətə təqdim olunacağı vaxt müəyyənləşdirib. Plana görə, təqdimetmə mərasimində komandanın baş məşqçisi Evald Linen də iştirak etməli idi. Lakin baş məşqçi müəyyən səbəblərdən təqdimetmə mərasiminə gəlməyib. Buna görə də, klub rəsmiləri Lineni əvəz etmək üçün başqa adamın üzünə maska taxaraq transferi ictimaiyyətə təqdim ediblər.
 
Qeyd edək ki, Marvin Dukş "St. Pauli" ilə 3 illik müqavilə imzalayıb.

 

Xəbər xətti