Nelson Bonilla "Zirə"yə nə qədər qazandıracaq?

01:08 - 17 İyun 2016

"Zirə" Bonillanın transferindən 100 min avro qazanacaq
 
"Zirə”nin hücumçusu Nelson Bonillanın Portuqaliyanın "Nasional" klubu ilə razılığa gəldiyi haqda məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, Bonilla tibbi müayinədən keçdikdən sonra Portuqaliya klubu ilə müqavilə imzalayacaq. Əgər bu transfer reallaşsa, "Nasional" Bonillanın keçidi üçün "Zirə"yə 100 min avro ödəyəcək. 
 
Qeyd edək ki, Bonilla ötəm mövsüm "Zirə" forması ilə 29 matçda iştirak edərək 14 qola imza atmağı bacarmışdı.

Xəbər xətti