"Sevinirəm ki, növbəti mövsümdə də "Zirə"də oynayacam"

15:37 - 13 İyul 2016

"Çempionatda yaxşı çıxış etmək üçün qalan vaxtdan maksimum istifadə etməliyik"
 
"Zirə” müdafiəçi Yovan Krneta ilə yeni müqaviləyə imzalayıb. Anlaşmaya görə serbiyalı müdafiəçi iki il "qartallar”ın sırasında olacaq.
 
Sportal.az xəbər verir ki, Krneta yeni müqavilə və komanda haqqında fikirlərini klubun rəsmi saytı ilə bölüşüb. O, "Zirə" ilə yeni müqavilə imzaladığı üçün şad olduğunu bildirib:
 
 "Bakıya qayıtdığım üçün çox şadam. Sevinirəm ki, növbəti mövsümdə də "Zirə”də oynayacam və bu kollektivlə birgə çalışacam. Ötən mövsüm gümüş medalları qazandıq. İnanıram ki, bu dəfə də yaxşı çıxış edib beynəlxalq arenada çıxış etmək hüququ qazanacağıq. Komandada bəzi dəyişikliklər olub, ancaq bizim birgə hazırlaşmaq və uyğunlaşmaq üçün vaxtımız var. Yeni oyunçularımızın bacarıqlı olmaları məşqlərdən də hiss olunur. "Sumqayıt”la oyunda qol vura bilməsək də, komandada istəyin olması və hər bir futbolçunun əlindən gələni etməyə çalışdığı görünürdü. Bundan sonra da yoxlama oyunlarımız olacaq. Çempionatda yaxşı çıxış etmək üçün qalan vaxtdan maksimum istifadə etməliyik".

Xəbər xətti