Nelson Bonilla: "Zirə"də etdiklərimi "Nasyonal"da da edəcəm"

14:14 - 21 İyul 2016

"Portuqaliya çempionatı dünyanın ən güclü çempionatlarından biridir"
 
Yay transfer pəncərəsində "Zirə"dən ayrılaraq Portuqaliya Premyer Liqasında mübarizə aparan "Nasyonal" klubuna transfer olan Nelson Bonilla komandasında yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, "Nasyonal" Portuqaliyanın digər klubu "Estoril" ilə qarşılaşıb. Bonilla fərqlənə bilməsə də, komandasına 2 penalti qazandırıb. Oyundan sonra Bonilla Salvador mətbautına açıqlama verib:
 
"Bildiyiniz kimi, Portuqaliya çempionatı dünyanın ən güclü çempionatlarından biridir. Bu komandada uğurlu çıxış edəcəyimə inanıram. Ötən mövsüm "Zirə"də etdiklərimi "Nasyonal"da da edəcəm".
 
Xatırladaq ki, "Nasyonal" Bonillanı 100 min avro qarşılığında "Zirə"dən transfer etmişdi.

Xəbər xətti