Rumıniyalı futbolçu "Neftçi"yə gəlir

11:40 - 30 İyul 2016

"Rapid" Buxarestin hücumçusu Katalin Tira karyerasını Azərbaycan Premyer Liqasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı forvard bu haqda məlumatı "digisport.ro" saytına verdiyi açıqlamasında bildirib. Katalin Tira Bakıya gələrək "Neftçi" ilə rəsmi müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Katalin Tira karyerası ərzində "Den Haaq", "Braşov", "Konkordiya" və "Rapid" Buxarest klublarında forma geyinib. Tira 3 dəfə Rumıniyanın U-21 komandasında oynayıb.

Xəbər xətti