"Atletiko" hücum xəttini gücləndirdi

13:50 - 30 İyul 2016

"Atletiko" Madrid klubu hücum xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Madrid klubu "Sevilya"nın forvardı Kevin Qameyronu heyətinə qatıb. Fransalı futbolçu Madrid klubu ilə 4 illik müqavilə imzalayıb. Bu transfer "Atletiko"ya 32 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, Qameyro 2013-cü ildə 7,5 milyon avro qarşılığında PSJ-dən "Sevilya" transfer olmuşdu.

Xəbər xətti