"Göteborq"un baş məşqçisi: "Mançester Yunayted"lə qarşılaşıb, onları udarsız" MÜSAHİBƏ

22:40 - 25 Avqust 2016

Avropa Liqasının "pley-off"mərhələsinin cavab matçı çərçivəsində "Qarabağ" doğma meydanda "Göteborq"u 3 - 0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında İsveç klubunun baş məşqçisi Yorgen Lennardsson jurnalistlərin suallarını cavablandırıb:

 

“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün daha yaxşı idilər. Qələbəyə layiqdilər. “Qarabağ”ın çox keyfiyyətli futbolçuları var. Oyun yaxşı başlamışdıq. Lakin künc zərbəsindən qapımızda qol gördük. Bundan sonra oyunumuz alınmadı. "Qarabağ"ın 20 nömrəli futbolçusu Premyer Liqada oynaya bilər

 

-Ot örtüyü oyununuza təsir etdi?

- Bu barədə heç nə deyə bilmərəm. Şərtlər hər iki komanda üçün eyni idi.

 

- Dünən yaxşı əhval-ruhiyyədə idiz? İndi necəsiz?

- Məğlub olduğumuza görə üzgünəm. Amma yaxşı komandaya məğlub olduq.

 

- Oyundan əvvəl belə nəticə gözləyirdiz?

- Ümid edirdik ki, növbəti mərhələyə biz keçəcəyik. Amma erkən vurulan 2 qol oyunumuza təsir etdi. Arzu edirəm ki, "Mançester Yunayted"lə qarşılaşıb, onları udarsız.

Xəbər xətti