"Qəbələ"nin Avropa Liqasındakı səfər oyunlarının vaxtı məlum oldu

12:37 - 27 Avqust 2016

Avropa Liqasının C qrupunda mübarizə aparacaq "Qəbələ"nin səfər oyunlarının başlama saatı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” ilk səfər oyununda "Anderlext"lə qarşılaşacaq. Matç sentyabrın 15-i, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

İkinci səfər görüşündə “Qəbələ” “Sent-Etyen”in qonağı olacaq. Sözügedən qarşılaşma oktyabrın 20-i, saat 23:05-də start veriləcək.

 

"Qəbələ" son səfər oyununu "Maynts"la keçirəcək. Qarşılaşma dekabrın 8-i, saat 21:00-da keçiriləcək.

Xəbər xətti