Şeydayevsiz "Trabzonspor" məğlub oldu

00:58 - 28 Avqust 2016

Türkiyə Super Liqasında 2-ci turun qarşılaşmaları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" səfərdə "Qaziantepspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 1 - 0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, millimizin üzvü bu dəfə də Qara Dəniz təmsilçisinin heyətində Super Liqada debüt edə bilməyib. Belə ki, baş məşqçi Ərsun Yanal həmyerlimizin adını matçın iştirak ərizəsinə daxil etməyib. Şeydayev ilk turda "Kasımpaşa" ilə oyunda da iştirak etməmişdi.

Xəbər xətti