"Beşiktaş"ın futbolçusu İspaniya klubunda

01:45 - 30 Avqust 2016

"Beşiktaş"ın qapıçısı Denis Boyko karyerasını İspaniyada davam etdirəcək.
 
Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ukraynalı qolkiper qarşıdakı 1 ili icarə əsasında "Malaqa"da keçirəcək. La Liqa təmsilçisi 28 yaşlı "əlcək sahibi"nə görə "Beşiktaş"a 300 min avro ödəyəcək.
 
Xatırladaq ki, D.Boyko ötən il  "Dnepr"dən "Beşiktaş"a transfer olunmuşdu. O, İstanbul klubunun heyətində meydana çıxdığı 5 rəsmi qarşılaşmada qapısında 7 qol görüb.

Xəbər xətti