"Napoli" 21 yaşlı futbolçu transfer etdi FOTO

17:58 - 30 Avqust 2016

"Napoli" növbəti transferini həyata keçirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, neapollular “Dinamo” Zaqrebin futbolçusu Marko Roqu heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "Napoli"nin Xorvatiya klubuna 15 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Xorvatiya milli komandasının üzvü 2015/2016-cı il mövsümdə "Dinamo"nun heyətində meydana çıxdığı 34 qarşılaşmada 3 dəfə fərqlənməyi bacarıb.

 

Xəbər xətti