"Sumqayıt"da ciddi itki

18:44 - 2 Sentyabr 2016

Premyer Liqada yaranmış fasilədən istifadə edən "Sumqayıt" və "Zirə" yoxlama görüşü keçirirlər.

 

Sportal.az-ın "Kapital Bank Arena"da olan əməkdaşı xəbər verir ki, "kimyaçılar" oyunun ilk hissəsində ciddi itki ilə üzləşib. Komandanın müdafiəçisi Rail Məlikov 33-cü dəqiqəsində "Zirə"nin futbolçusu Təmkin Xəlilzadə ilə epziodda zədələnib. Təcrübəli futbolçunun zədəsi ciddi olduğu üçün oyunu davam etdirə bilməyib.

 

Onun əvəzinə meydana Vaquf Güləliyev daxil olub.

Xəbər xətti