Balotelli imzaladı, Roma Papasına hədiyyə verdilər

18:18 - 26 Sentyabr 2016

“Nitsa” klubunun rəhbərliyi Roma Papasına klubun formasını hədiyyə edib.

 

Sportal.az xəbər verir ki, formanın üzərində “Nitsa”nın italyan legioneri Mario Balotellinin imzası olub.
Hədiyyəni Papaya Nitsa şəhərinin meri Kristian Estrozi təqdim edib. O, İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək olmaq üçün İtaliyaya səfər edib.

 

“Nitsa” Fransa çempionatının 7-ci turunda səfərdə “Nansi”yə qalib gəlib - 1:0. Balotelli bu qarşılaşmada meydana çıxmayıb.

 

Balotelli “Nitsa”nın heyətində keçirdiyi 3 oyunda 4 qol vurub.

 

Xəbər xətti