Şeydayev "Qalatasaray"a qarşı oynaya bilər

13:25 - 22 Oktyabr 2016

Milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" Türkiyə Super Liqasının 8-ci turunda səfərdə "Qalatasaray"ın qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi bu qarşılaşma üçün İstanbula gedib. Baş məşqçi Ərsun Yanal "cim bom"la oyun üçün 23 futbolçunu İstanbula aparıb. 23 nəfərlik heyətdə Seydayev də var. Millimizin üzvü bu matçda Super Liqada debüt edə bilər.
 
Qeyd edək ki, "Qalatasaray" - "Trabzonspor" matçı sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Xəbər xətti